Braziliya millisinin ulduz hücumçusu Neymar DÇ-2026-da ilk oyunundan sonra keçirdiyi emosiyaları bölüşüb.
İdman.Biz xəbər verir ki, Neymar ötən gecə dünya çempionatının C qrupunun 3-cü turunda Şotlandiyaya qarşı keçirilən matçda (3:0) 76-cı dəqiqədə meydana daxil olub.
Bu görüş hücumçu üçün Braziliya millisinin heyətində 981 gündən sonra ilk oyun olub.
"Bəli, paltardəyişmə otağında ağlayırdım. Ölkəmə kömək edə bildiyim üçün Allaha minnətdaram. Çox xoşbəxtəm", – deyə Neymar jurnalistlərə bildirib.
Qeyd edək ki, Braziliya millisi üç oyundan sonra 7 xal toplayaraq C qrupunu birinci pillədə başa vurub.
