DÇ-2026-da son turun həyəcanı: Bu gün altı oyun keçiriləcək

24 İyun 2026 09:22
105
DÇ-2026-da son turun həyəcanı: Bu gün altı oyun keçiriləcək

Futbol üzrə DÇ-2026-da qrup mərhələsinin üçüncü turuna start veriləcək.

İdman.Biz xəbər verir ki, bu gün və sabaha keçən gecə A, B və C qruplarında altı qarşılaşma keçiriləcək.

B qrupunda İsveçrə Kanada ilə, Bosniya və Herseqovina isə Qətərlə üz-üzə gələcək. C qrupunda Braziliya Şotlandiya ilə, Mərakeş Haiti ilə münasibətlərinə aydınlıq gətirəcək.

A qrupunda isə Meksika Çexiya ilə qarşılaşacaq. Qrupun digər görüşündə CAR və Cənubi Koreya yığmaları meydana çıxacaq.

24 iyun
B qrupu

23:00 İsveçrə - Kanada
23:00 Bosniya və Herseqovina - Qətər

25 iyun
C qrupu

02:00 Şotlandiya - Braziliya
02:00 Mərakeş - Haiti

A qrupu
05:00 Çexiya - Meksika
05:00 CAR - Cənubi Koreya

İdman.Biz