Qana futbol üzrə 2026-cı il dünya çempionatında iki oyunda qapısını toxunulmaz saxlayan dördüncü komanda olub.
İdman.Biz bildirir ki, Qana, ilk turda Panamanı 1:0 hesabı ilə məğlub etmişdi və ikinci turda İngiltərə ilə 0:0 heç-heçə etdi.
Beləliklə, Qana Meksika, İspaniya və Argentina ilə birlikdə dünya çempionatında qapısını toxunulmaz saxlayan qalan komandalardan biri olub.
DÇ-2026 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.
