İngiltərə 0:0 hesablı oyunlara görə dünya çempionatlarının rekordçusudur

24 İyun 2026 08:17
88
İngiltərə 0:0 hesablı oyunlara görə dünya çempionatlarının rekordçusudur

İngiltərə dünya çempionatı matçlarında 13-cü dəfə 0:0 hesablı heç-heçə edib.

İdman.Biz bildirir ki, yığma 2026-cı il dünya çempionatının ikinci turunda Qana ilə 0:0 hesablı heç-heçə edib. Bununla da İngiltərənin dünya çempionatlarında keçirdiyi heç-heçələrin sayı 23-ə çatıb ki, bunlardan 13-ü 0:0 hesablı olub.

Opta Analyst X sosial mediada bildirib ki, hər iki göstəriciyə görə İngiltərə mundial tarixində rekord qırıb.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentinadır.

İdman.Biz