İngiltərə millisinin hücumçusu və kapitanı Harri Keyn 2026-cı il dünya çempionatı qrup mərhələsinin ikinci turunda Qana ilə 0:0 hesablı matçda qol vura bilməyib.
İdman.Biz xəbər verir ki, oyundan əvvəl qanalı cadugər Nana Kvaku Bonsam Keynə cadu etdiyini bildirmişdi.
Keyn tam 90 dəqiqə oynayıb, üç zərbə endirib (biri qapıya tərəf) və qol vura bilməyib. İngiltərəli hücumçunun ən təhlükəli anı 86-cı dəqiqədə baş verib. O, topu beş-altı metrlik məsafədən qapıya göndərmək şansı əldə edib, lakin topu qapı dirəyinin üstündən vurub.
