Ronaldu Messi barədə sual verən jurnalistin sözünü kəsib

24 İyun 2026 04:10
109
Ronaldu Messi barədə sual verən jurnalistin sözünü kəsib

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu argentinalı hücumçu Lionel Messinin dünya çempionatındakı qol rekordu barədə soruşmaq istəyən jurnalistin sözünü kəsib.

İdman.Biz bildirir ki, Messi Argentinanın Avstriya üzərində 2:0 hesablı qələbəsində 17-ci və 18-ci qollarını vuraraq turnirin bütün zamanların ən çox qol vuran oyunçusu olub və 16 qolu olan almaniyalı hücumçu Miroslav Klozeni geridə qoyub.

“- Dünən Lionel Messi iki qol vurdu...
- Növbəti, növbəti, növbəti sual”, - Ronaldo oyundan sonrakı mətbuat konfransında deyib.

Portuqaliya 2026-cı il dünya çempionatında K qrupunun ikinci turunda Özbəkistanı 5:0 hesabı ilə məğlub edib. Qollardan ikisini Ronaldu vurub. Bu onun dünya çempionatlarında 9-cu və 10-cu qolları olub.

İdman.Biz