İspaniya millisi DÇ-2026-da növbəti oyun öncəsi məşq prosesində problemlə üzləşib.
İdman.Biz xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda ABŞ-nin Çattanuqa şəhərində məşqə çıxsa da, hazırlığı meydançada başa çatdıra bilməyib.
İspaniya millisinin futbolçuları məşqə başladıqdan təxminən 20 dəqiqə sonra güclü fırtına və yağış səbəbindən meydançanı tərk etməli olublar. Hava şəraitinin pisləşməsi səbəbindən komandanın açıq havadakı məşqi yarımçıq dayandırılıb.
Məlumata görə, futbolçular hazırlığı idman zalında davam etdiriblər. Bu qərar təhlükəsizlik tədbirləri ilə bağlı olub.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın qrup mərhələsində növbəti oyunu Uruqvaya qarşı keçirəcək. Görüş, Bakı vaxtı ilə 27 iyun, saat 04:00-da baş tutacaq.
