DÇ-2026-nın qrup mərhələsində K və L qruplarında növbəti oyunlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ilk matçında Portuqaliya Özbəkistanla qarşılaşacaq. Daha sonra İngiltərə Qana ilə, Panama Xorvatiya ilə, Kolumbiya isə DR Konqo ilə üz-üzə gələcək.
K qrupunda Portuqaliya ilk oyunda DR Konqo ilə heç-heçə edib. Kolumbiya isə Özbəkistanı məğlub etməklə qrupa yaxşı start verib. L qrupunda İngiltərə ilk turda Xorvatiyaya qalib gəlib, Qana isə Panamanı üstələyib. Buna görə bugünkü oyunlar qruplarda liderlik və pley-off şansları baxımından xüsusi əhəmiyyət daşıyır.
Oyunların təqvimi belədir:
DÇ-2026, qrup mərhələsi, ikinci tur
23 iyun
K qrupu
21:00 Portuqaliya - Özbəkistan
L qrupu
23:59 İngiltərə - Qana
24 iyun
L qrupu
03:00 Panama - Xorvatiya
K qrupu
06:00 Kolumbiya - DR Konqo
