Norveç futbol millisi DÇ-2026-da ikinci qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, I qrupunun ikinci turunda Norveç Seneqalı 3:2 hesabı ilə məğlub edib. Görüş Nyu-Cersidəki “MetLife Stadium”da keçirilib.
Norveç hesabı 43-cü dəqiqədə Markus Holmgren Pedersenin qolu ilə açıb. İkinci hissədə Erlinq Holand səhnəyə çıxıb. Hücumçu 48-ci və 58-ci dəqiqələrdə fərqlənərək komandasına vacib qələbə qazandırıb.
Seneqalın heyətində hər iki qolu İsmaila Sarr vurub. O, 53-cü dəqiqədə fərqi azaldıb, 90+3-cü dəqiqədə isə ikinci dəfə fərqlənib. Buna baxmayaraq, Afrika təmsilçisi məğlubiyyətdən xilas ola bilməyib.
Bu nəticədən sonra Norveç iki oyundan 6 xal toplayaraq pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qrupun digər favoriti Fransa da ilk iki turdan sonra 6 xal topladığından, hər iki komanda vaxtından əvvəl növbəti mərhələyə yüksəlib. Seneqal və İraq isə xalsız qaldıqlarından pley-off şanslarını itiriblər.
Norveç son turda Fransa ilə qrup liderliyi uğrunda qarşılaşacaq. Seneqal isə İraq millisi ilə üz-üzə gələcək. Hər iki oyun iyunun 26-da, saat 23:00-da başlayacaq.
