Niderland 2026-cı il dünya çempionatında F qrupunun ikinci turunda İsveçi 5:1 hesabı ilə məğlub edib.
İdman.Biz-in Opta Analyst-ə istinadən məlumarına görə, bu, “narıncılar”ın dünya çempionatı matçında beş qol vurduğu tarixdə dördüncü dəfədir.
Bu matçdan sonra Niderlandın dörd xalı var və F qrupunda birinci yerdədir. İsveç üç xalla ikinci yerdədir. Yaponiya və Tunisin müvafiq olaraq bir və sıfır xalı var və komandalar hələ ikinci tur matçlarını oynamasalar da, üçüncü və dördüncü yerdədirlər.
F qrupunun birinci turunda Niderland Yaponiya ilə heç-heçə edib (2:2), İsveç isə Tunisi məğlub etdi (5:1). Son turda Niderland Tunislə (26 iyun), İsveç isə Yaponiya ilə (həmçinin 26 iyunda) qarşılaşacaq.
Qrup mərhələsi 11-27 iyun tarixlərində keçiriləcək. Komandalar hər komandanın üç oyun keçirəcəyi tək dairəvi sistem formatında oynayacaqlar. Hər qrupdan ilk iki yeri tutan komanda, üçüncü yeri tutan səkkiz komanda ilə birlikdə pley-offa yüksələcək.
