Kodi Qakpo dünya çempionatında 100-cü qolun müəllifi olub

20 İyun 2026 23:10
101
Kodi Qakpo dünya çempionatında 100-cü qolun müəllifi olub

Niderland millisinin oyunçusu Kodi Qakpo DÇ-2026-da vurulan 100-cü qolun müəllifi olub.

İdman.Biz bildirir ki, Qakpo İsveçlə oyunun 54-cü dəqiqəsində fərqlənib.

Oyun 5:1 hesabı ilə Niderlandın xeyrinə qurtarıb. Qollardan ikisini Qakpo vurub.

Son turda Niderland Tunislə (26 iyun) qarşılaşacaq. Dünya çempionatı iyulun 19-da başa çatacaq.

İdman.Biz