DÇ-2026: İngiltərə Xorvatiyailə matçda üçüncü dəfə irəli çıxır - VİDEO

18 İyun 2026 01:12
147
DÇ-2026: İngiltərə Xorvatiyailə matçda üçüncü dəfə irəli çıxır

İngiltərə - Xorvatiya oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, İngiltərə millisi 47-ci dəqiqədə Cud Bellingemin qolu ilə yenidən irəli çıxıb - 3:2.

01:10

İngiltərə - Xorvatiya oyununda ikinci yarı başlayıb.

İdman.Biz xəbər verir ki, dramatk mübarizə şəraitində keçən ilk yarıdan sonra hesab bərabərdir - 2:2.

00:53

İngiltərə - Xorvatiya oyununda ilk yarı bitib.

İdman.Biz bildirir ki, ilk hissədən sonra heç-heçədir - 2:2

00:51.

İngiltərə - Xorvatiya oyununda hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 45+6-da Petar Musa xorvatların ikinci qolunu vurub. Beləliklə, xorvatlar oyunun gedişində ikinci dəfə hesabı bərabərləşdiriblər.

00:43

İngiltərə - Xorvatiya oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, Harri Keyn 42-ci dəqiqədə yenidən ingilisləri irəli çıxarıb - 2:1.

00:38

İngiltərə - Xorvatiya oyununda hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 36-cı dəqiqədə Martin Baturina hesabı bərabərləşdirib.

00:13

İngiltərə - Xorvatiya oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 12-ci dəqiqədə Harri Keyn komandasını penaltidən irəli çıxarıb. Qeyd edək ki, Keyn təkrar zərbədən penaltini qola çevirə bilib. Onun birinci zərbəsini qapıçı Dominik Livakoviç qaytarıb, lakin hakim təkrar penalti təyin edib.

00:00

Futbol üzrə dünya çempionatında L qrupunda oyunlara start verilib.

İdman.Biz bildirir ki, ilk olaraq İngiltərə və Xorvatiya milliləri üz-üzə gəlirlər.

Oyun Arlinqton şəhərindəki “Ey-Ti-ənd-Ti” stadionunda keçirilir.

Bu komandalar arasında keçirilən sonuncu rəsmi görüşdə İngiltərə 1:0 hesabı ilə qalib gəlib. Həmin oyun AVRO-2021-in qrup mərhələsində olub. Dünya çempionatlarında isə bu komandalar ilk dəfə qarşılaşırlar.

L qrupunda Qana və Panama milliləri də mübarizə aparırlar.

İdman.Biz