Fransa millisinin hücumçusu Kilian Mbappe milli komandasında tarixi qol vurma rekorduna imza atması ilə bağlı şərh verib.
İdman.Biz bildirir ki, hücumçu Fransa millisində 58-ci qolunu vuraraq Olivye Jirunu keçib.
“58 qol. Bu qədər böyük futbolçunun oynadığı bir ölkədə milli komandamızın tarixində ən çox qol vuran oyunçu olmaq böyük şərəfdir. İlk gündən mənə göstərdikləri sarsılmaz etimada görə bütün komanda yoldaşlarıma, məşqçilər heyətinə və Fransa Futbol Federasiyasına təşəkkür edirəm. Dəstəyinizə görə də təşəkkür edirəm. İrəliləməyə davam edirik və hələ görüləsi çox şey var...”, - Mbappé sosial media hesabı X-də yazıb.
View this post on Instagram
