Özbəkistan prezidenti Şavkat Mirziyoyev dövlət işçilərinə milli komandanın 2026-cı il Dünya çempionatında ilk oyununa görə cümə axşamı saat 10:00-da işə çıxmağa icazə verib.
İdman.Biz bildirir ki, Özbəkistanın Kolumbiya ilə oyunu 18 iyunda Bakı vaxtı ilə saat 6:00-da Mexiko şəhərindəki “Estadio Azteca” stadionunda keçiriləcək.
“Əlbəttə ki, hörmətli prezidentimiz, 40 milyonluq xalqımız kimi, bu matçı səbirsizliklə gözləyir. Prezident sabah ailəsi və nəvələri ilə birlikdə oyunu izləyəcək”, - prezidentin katibi Şerzod Əsədov bildirib.
Özbəkistan milli komandası tarixində ilk dəfə Dünya Kubokuna vəsiqə qazanıb.
