Erlinq Holand beş fərqli turnirdə debüt oyununda qol vurub

17 İyun 2026 20:01
89
Erlinq Holand beş fərqli turnirdə debüt oyununda qol vurub

Norveçin və “Mançester Siti”nin hücumçusu Erlinq Holand 2026-cı il dünya çempionatının qrup mərhələsində İraqa qarşı oyunda (4:1) iki qol vurub.

İdman.Biz bildirir ki, hücumçu digər dörd turnirdə debüt oyununda qol vurub.

Çempionlar Liqasında Holand “Zalsburq”un “Genk”ə qarşı 6:2 hesablı qələbəsində het-trik edib. Bundesliqada Erlinq “Borussiya Dortmund”un “Auqsburq”a qarşı 5:3 hesablı qələbəsində əvəzləmədən meydana çıxıb və 23 dəqiqədə het-trik edərək qələbəni təmin edib.

Premyer Liqada norveçli “Mançester Siti”nin “Vest Hem”ə qarşı 2:0 hesablı qələbəsində iki qol vurub. Millətlər Liqasında hücumçu milli komandasının heyətində də qol vurdu, lakin Norveç Avstriyaya 2:1 hesabı ilə uduzub.

İdman.Biz