Ruben Diaş Portuqaliyanın dünya çempionatındakı ilk oyununu buraxacaq

17 İyun 2026 18:44
85
Ruben Diaş Portuqaliyanın dünya çempionatındakı ilk oyununu buraxacaq

Portuqaliya millisinin müdafiəçisi Ruben Diaş milli komandasının 2026-cı il dünya çempionatında Konqo Demokratik Respublikasına qarşı ilk oyununu buraxacaq.

İdman.Biz bildirir ki, bu barədə Portuqaliya millisinin baş məşqçisi Roberto Martines deyib. Onun sözlərinə görə, Diaş zədəsini tam sağaltmayıb.

Jurnalist Fabrizio Romano sosial mediada Roberto Martinesin sözlərini sitat gətirib: “Ruben Diaş ilk oyuna tam hazır deyil, biz onu riskə atmayacağıq”.

Bu gün, 17 iyun tarixində Portuqaliya və Konqo Demokratik Respublikası 2026-cı il dünya çempionatında K qrupunun ilk turunda qarşılaşacaqlar. Oyun ABŞ-ın Hyuston şəhərindəki “NRG stadium”da oynanılacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İdman.Biz