Ronaldodan Messi açıqlaması: “Dünya artıq bunu qəbul etməlidir”

17 İyun 2026 18:13
93
Ronaldodan Messi açıqlaması: “Dünya artıq bunu qəbul etməlidir”

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Nazario DÇ-2026-nın ilk turunda Lionel Messinin Əlcəzairə qarşı göstərdiyi oyunu yüksək qiymətləndirib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ikiqat dünya çempionu argentinalı futbolçunun böyüklüyünün artıq şübhə altına alınmamalı olduğunu bildirib.

“Dünya gizlənməyi dayandırmalı və Messinin bütün dövrlərin ən yaxşı futbolçusu olduğunu qəbul etməlidir”, - deyə Ronaldo vurğulayıb.

Braziliyalı əfsanənin sözlərinə görə, rekordlar yenilənmək üçün mövcuddur və bunu məhz Messinin etməsi futbol azarkeşləri üçün təəccüblü deyil:

“Messi hər dəfə meydana çıxanda ətrafındakı hər şey tarixi və zərif olur. O, hər mövsüm və dünya çempionatında nəticə göstərməyə davam edir, amma yenə də ona şübhə ilə yanaşanlar var”.

Qeyd edək ki, Messi DÇ-2026-nın J qrupunda Əlcəzairə qarşı keçirilən görüşdə het-trik edib. Argentina millisi qarşılaşmada 3:0 hesablı qələbə qazanıb.

38 yaşlı hücumçu dünya çempionatlarındakı qol sayını 16-ya çatdıraraq turnirin bombardirləri siyahısında Miroslav Klozeyə şərik olub. Ronaldo Nazario isə mundiallarda 15 dəfə fərqlənib.

Argentina millisi növbəti oyununu 22 iyunda Avstriyaya qarşı keçirəcək.

İdman.Biz