Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldu 2026-cı il Dünya çempionatında Portuqaliyanın açılış oyunundan sonra azarkeşlərə müraciət edib.
Portuqaliya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib.
“Bu, istədiyimiz başlanğıc deyildi, amma hələ sondan ÇOX uzağıq. Növbəti oyuna diqqət yetirin”, - Ronaldu X-in sosial media hesabında yazıb.
Konqo Demokratik Respublikasına qarşı matç 41 yaşlı hücumçu üçün tarixi idi: Ronaldu oyuna start heyətində başladı və milli komandası üçün 12 böyük beynəlxalq turnirdə oynayan ilk avropalı oldu. Portuqaliya növbəti qrup mərhələsi matçında Özbəkistanla qarşılaşacaq. Oyun 23 iyun, çərşənbə axşamı günü keçiriləcək.
