CAR millisinin yarımmüdafiəçisi Zvane üç oyunluq cəzalandırılıb

18 İyun 2026 01:31
106
CAR millisinin yarımmüdafiəçisi Zvane üç oyunluq cəzalandırılıb

Cənubi Afrika millisinin yarımmüdafiəçisi Temba Zvane 2026-cı il dünya çempionatı A qrupunun 1-ci turunda Meksika ilə oyunda (0:2) qırmızı vərəqə aldığı üçün üç oyunluq cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, oyunçu matçın 61-ci dəqiqəsində əvəzedici heyətdə meydana daxil oldu və 23 dəqiqə sonra meksikalı yarımmüdafiəçi Roberto Alvaradoya qarşı kobudluq etdiyinə görə meydandan qovuldu. Zvane rəqibinin üzünə yumruq vurdu.

Beləliklə, Temba Çexiya və Cənubi Koreya ilə qrup mərhələsinin oyunlarını buraxacaq və CAR-ın pley-off mərhələsindəki ilk oyununda da iştirak edə bilməyəcək. CAR hazırda A qrupunda bir xal belə qazanmadan dördüncü yerdədir.

İdman.Biz