Nihat Kahveci canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO

20 İyun 2026 12:10
90
Nihat Kahveci canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO

Türkiyə millisi DÇ-2026-da qrupdan çıxmaq şansını itirib. Oyundan sonra ekspertlər və millinin sabiq futbolçuları komandanın Paraqvaya qarşı çıxışını təhlil ediblər. Onlardan biri olan Türkiyə yığmasının keçmiş hücumçusu Nihat Kahveci canlı yayımda hisslərinə hakim ola bilməyərək göz yaşları axıdıb.

İdman.Biz xəbər verir ki, sabiq futbolçu komandanın uğursuz nəticəsindən həm kədərləndiyini, həm də əsəbiləşdiyini bildirib. O, xüsusilə bu məğlubiyyətin gənc futbolçuların gələcəyinə təsir göstərə biləcəyini vurğulayıb.

"Çox ağrılıdır. Biz bu turnuvaya böyük arzularla gəlmişdik. Belə olacağını gözləmirdik. – deyə Kahveci bildirib.

Sabiq milli üzvü Türkiyənin dünya nəhənglərinə uduzaraq deyil, daha fərqli ssenari ilə mübarizədən kənarda qalmasının onu daha çox üzdüyünü qeyd edib. O, yaşananları "kabus" adlandıraraq bu nəticəni qəbul etməyin çox çətin olduğunu söyləyib.

İdman.Biz
Məqalədə: