Lamin Yamal İspaniya komandasının 2026-cı il dünya çempionatının finalına çıxacağına ümid etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, İspaniya turnirin qrup mərhələsinin ilk turunda Kabo-Verde ilə heç-heçə (0:0) edib.
Bazar günü, 21 iyun tarixində İspaniya ikinci turda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
“Bazar günü qələbə üçün mübarizə aparacağıq və əlbəttə ki, oyun tərzimizi və kim olduğumuzu göstərəcəyik. Birlikdə hər şeyin öhdəsindən gələ bilərik. Həmçinin əminəm ki, 19 iyulda (2026-cı il dünya çempionatının finalının keçiriləcəyi gün - red.) hamımız bir yerdə olacağıq. Tezliklə görüşənədək, hamınıza salam!”, - deyə Yamal bildirib.
