Portuqaliya millisində DÇ-2026-nın ilk oyunundan sonra gərginlik yaranıb.
İdman.Biz xəbər verir ki, Kriştianu Ronaldunun fanatları DR Konqo ilə 1:1 hesablı heç-heçədən sonra Brunu Fernandeş, Joau Neveş və Vitinyanın sosial şəbəkə hesablarına çoxsaylı tənqidi şərhlər yazıblar.
Azarkeşlər yarımmüdafiəçiləri meydanda komandanın kapitanına yetərincə ötürmə etməməkdə və Ronaldunu “görməzliyə vurmaqda” ittiham ediblər. Onlar futbolçulardan 41 yaşlı hücumçuya qarşı “daha çox hörmət” tələb ediblər.
Hadisəni Ronaldunun bacısı Katia Aveyronun reaksiyası daha da qızışdırıb. O, Brunu Fernandeşi tənqid edən paylaşımı bəyənib. Bu addım Portuqaliya yığmasının daxilindəki atmosferlə bağlı müzakirələri artırıb.
Qeyd edək ki, Portuqaliya DÇ-2026-nın K qrupunda ilk turda DR Konqo ilə 1:1 hesablı heç-heçə edib. Komandanın yeganə qolunu Joau Neveş vurub.
