Özbəkistan millisi otağı təmizləyib mesaj yazdı - FOTO

18 İyun 2026 15:54
87
Özbəkistan millisi otağı təmizləyib mesaj yazdı - FOTO

Özbəkistan millisi DÇ-2026-dakı debüt matçından sonra nümunəvi davranışı ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, yığmanın futbolçuları Kolumbiya ilə qarşılaşmadan sonra paltardəyişmə otağını təmiz və səliqəli vəziyyətdə qoyublar.

Komanda üzvləri otaqdakı taktiki lövhədə meydan sahiblərinə təşəkkür mesajı da yazıblar:

“Çox sağ ol, Meksika! Dünya çempionatında uğurlar! Təşəkkür!”

Qeyd edək ki, “Astek” stadionunda keçirilən K qrupunun ilk tur matçında Özbəkistan Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub.

Mundialda ilk dəfə iştirak edən Özbəkistan yığmasının dünya çempionatları tarixindəki ilk qolunu Abbosbek Fayzullayev vurub.

Komanda qrup mərhələsinin ikinci turunda 23 iyunda Hyustonda Portuqaliya ilə qarşılaşacaq.

İdman.Biz