Mirziyoyev Özbəkistanın ilk mundial qolunu qələbə adlandırıb - VİDEO

18 İyun 2026 15:20
97
Mirziyoyev Özbəkistanın ilk mundial qolunu qələbə adlandırıb - VİDEO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev milli komandanın DÇ-2026-dakı debüt matçını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, dövlət başçısı bu barədə Xarici İnvestorlar Şurasının iclasında danışıb.

Mirziyoyev Özbəkistan yığmasının mundial təcrübəsi böyük olan Kolumbiyaya qarşı mübariz oyun göstərdiyini bildirib:

“Futbolçularımız çox təcrübəli komandaya qarşı matçda güclü xarakter nümayiş etdirdilər. İlk dünya çempionatımızda vurduğumuz birinci qol bizim üçün həm də qələbədir”.

Ölkə başçısı Özbəkistan xalqının gənc futbolçularla qürur duyduğunu və onların dünya səviyyəsində böyük nəticələr qazanmaq potensialına malik olduqlarını vurğulayıb.

Qeyd edək ki, Özbəkistan K qrupunun ilk turunda Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub. Yığmanın dünya çempionatları tarixində ilk qolunu 60-cı dəqiqədə Abbosbek Fayzullayev vurub.

Özbəkistan qrup mərhələsinin ikinci turunda 23 iyunda Portuqaliya ilə qarşılaşacaq.

İdman.Biz