Almaniya kansleri Fridrix Merts G7 sammitində ABŞ prezidenti Donald Trampa Almaniya milli komandasının formasını hədiyyə edib.
İdman.Biz bildirir ki, formada prezidentin adı və 47 rəqəmi var (Tramp ABŞ-ın 47-ci prezidentidir – red.).
Hazırda 2026-cı il dünya çempionatı davam edir. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edir. ABŞ milli komandası DÇ-2026-nın açılış matçında Paraqvay üzərində 4:1 hesablı qələbə qazanıb.
Almaniya milli komandası da əsas turnirin final mərhələsində iştirak edir. İlk turda onlar Kürasao ilə oynayıblar. Matç Almaniyanın 7:1 hesablı qələbəsi ilə başa çatıb.
