Valentino Livramento DÇ-2026-nı buraxmalı olacaq

16 İyun 2026 18:54
70
Valentino Livramento DÇ-2026-nı buraxmalı olacaq

İngiltərə millisinin müdafiəçisi Valentino Livramento baldır zədəsi səbəbindən DÇ-2026-nı buraxacaq.

İdman.Biz bildirir ki, bu barədə milli komandanın mətbuat xidməti sosial mediada məlumat verib.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Livramentonun yerinə “Çelsi”nin müdafiəçisi Trevo Çalobanı çağırıb.

Qrup mərhələsində İngiltərə Xorvatiya, Qana və Panama ilə qarşılaşacaq.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz