Argentina - Əlcəzair matçından öncə küçə davası - VİDEO

16 İyun 2026 16:59
74
Argentina - Əlcəzair matçından öncə küçə davası - VİDEO

DÇ-2026-nın Argentina - Əlcəzair matçından əvvəl iki komandanın azarkeşləri arasında dava düşüb.

İdman.Biz xəbər verir ki, hadisə Nyu-Yorkun məşhur Tayms-skver meydanında baş verib.

Argentina və Əlcəzair tərəfdarları bayraqlar, mahnılar və şüarlarla komandalarına dəstək göstərərkən tərəflər arasında gərginlik yaranıb. Mübahisə qısa müddətdə əlbəyaxa qarşıdurmaya çevrilib.

Yayılan görüntülərdə azarkeşlərin bir-birinə zərbələr endirdiyi, ətrafdakı şəxslərin isə onları ayırmağa çalışdığı görünür. Hadisəyə Nyu-York polisi müdaxilə edib.

Hadisə nəticəsində yaralanan və ya saxlanılan şəxslərin olub-olmadığı barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, J qrupunun Argentina - Əlcəzair qarşılaşması Kanzas-Sitidə keçiriləcək. Matç iyunun 17-si Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

İdman.Biz