Seneqal Milli Assambleyasının sədri Usman Sonko DÇ- 2026-nın Fransa - Seneqal matçı ilə bağlı diqqətçəkən açıqlama verib.
İdman.Biz xəbər verir ki, seneqallı siyasətçi “France 24” telekanallarına müsahibəsində ölkəsinin yığmasına inandığını bildirib.
“Məncə, Seneqal qalib gələcək. Ən azı bütün seneqallılar kimi mən də bunu arzulayıram. Amma kim qalib gəlsə, Afrika Afrikanı məğlub etmiş olacaq”, - deyə Sonko bildirib.

Onun son cümləsi Fransa millisində çoxsaylı Afrika əsilli futbolçuların yer almasına eyham kimi qiymətləndirilib.

Sonkonun açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu Afrika futbolunun dünyaya verdiyi istedadlara diqqət çəkən ifadə kimi dəyərləndiriblər.
View this post on Instagram
