Braziliya millisinin futbolçuları DÇ-2026-nın oyunları arasındakı fasiləni kart oynamaqla keçiriblər.
İdman.Biz xəbər verir ki, İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Vinisius Junior sosial şəbəkə hesabında milli komandanın düşərgəsindən foto paylaşıb.
Şəkildə “Santos”un hücumçusu Neymar, İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Qabriel Maqalyayns və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraynş kart masası arxasında görünürlər.

Neymar zədə səbəbindən Braziliya millisinin Mərakeşlə ilk tur qarşılaşmasında iştirak etməyib. Təcrübəli futbolçunun Haiti ilə növbəti görüşü də buraxacağı gözlənilir.
Daha əvvəl Neymarın ailəsi ilə istirahətdə olarkən belə onlayn qumar oynadığı, tez-tez poker turnirlərində iştirak etməsi ilə bağlı məlumat vermişdik.
Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi DÇ-2026-nın C qrupunun ilk turunda Mərakeşlə 1:1 hesablı heç-heçə edib.
“Seleçao” Bakı vaxtı ilə iyunun 20-də Haiti, iyunun 25-də isə Şotlandiya yığması ilə qarşılaşacaq.
