Niderland Kral Futbol Assosiasiyası (KNVB) milli komandanın baş məşqçisi təyinatı ilə bağlı sabiq "Barselona" məşqçisi Xavi ilə danışıqlar aparıb.
İdman.Biz bu barədə De Telegraaf-a istinadən məlumat verir.
KNVB-nin əlaqə saxladığı yeganə ispan məşqçi Xavi olmayıb: Roberto Martines də müzakirə olunan namizədlər arasında imiş.
Peter Boş və Arne Slot da daxil olmaqla bir neçə namizədlə razılığa gələ bilmədikdən sonra KNVB milli komanda səviyyəsində təcrübəsi olan mütəxəssislərə, xüsusən də Portuqaliya və Belçika milli komandalarının sabiq məşqçisinə müraciət edib.
Xavi ilə danışıqların vəziyyəti qeyri-müəyyən olaraq qalır: onun milli komandanın məşqçisi vəzifəsini icra edib-etməyəcəyi hələlik məlum deyil. Lakin KNVB tezliklə Ronald Kumanın xələfini seçmək niyyətindədir.
Nəzərdən keçirilən digər namizədlər arasında Erik ten Haq, Xosep Qvardiola və Mikael Raysiger də var.
