Ağdamın “Qarabağ” futbol klubu avqustun 12-də Bakıda, “Azersun Arena”da UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Dinamo Kiyev”lə cavab oyunu öncəsi media üçün açıq məşqini keçirib.
İdman.Biz xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında futbolçular taktiki tapşırıqları yerinə yetirib və isinmə hərəkətləri ediblər.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Dinamo” görüşü saat 20:00-da start götürəcək.
Komandalar arasında Polşada keçirilmiş ilk matçda kiyevlilər 1:0 hesabı ilə qalib gəliblər.
