Tunis futbol millisinin yeni baş məşqçisi bəlli olub.
İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis Erve Renar yığmanın sükanı arxasına keçib. Bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
57 yaşlı çalışdırıcı dünya çempionatının sonunadək komandaya rəhbərlik edəcək. Turnir başa çatdıqdan sonra tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı yenidən danışıqlar aparacaqlar.
Tunis millisi mundialın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Sabri Lamuşi ilə yollarını ayırıb. Lamuşi DÇ-2026-da vəzifəsindən uzaqlaşdırılan ilk baş məşqçi olub.
Erve Renar daha əvvəl Zambiya, Kot-d’İvuar, Mərakeş və Səudiyyə Ərəbistanı millilərində çalışıb. O, Zambiya və Kot-d’İvuarla Afrika Millətlər Kubokunun qalibi olub.
Tunis yığması qrup mərhələsində növbəti oyununu iyunun 21-də Yaponiyaya qarşı keçirəcək. Komanda iyunun 26-da isə Niderland millisi ilə üz-üzə gələcək.
