Tunis millisinin qərarı dünya çempionatları tarixində artıq əvvəllər də təkrarlanıb - İDMAN.BİZ-in İCMALI

15 İyun 2026 18:35
89
Tunis millisinin qərarı dünya çempionatları tarixində artıq əvvəllər də təkrarlanıb - İDMAN.BİZ-in İCMALI

Tunis millisinin DÇ-2026-dakı qərarı dünya çempionatları tarixində xüsusi bir statistikanı yenidən gündəmə gətirib.

İdman.Biz xəbər verir ki, Afrika təmsilçisi turnirin qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı ağır məğlubiyyətdən sonra baş məşqçi Sabri Lamuşi ilə yollarını ayırıb.

54 yaşlı fransız mütəxəssis bu vəzifəyə cəmi bu ilin yanvarında təyin olunmuşdu və onun rəhbərliyi altında Tunis yalnız beş oyun keçirmişdi: bir qələbə, bir heç-heçə və üç məğlubiyyət.

Bu istefanın xüsusi tərəfi odur ki, Tunis dünya çempionatlarının final mərhələsi zamanı baş məşqçini ikinci dəfə vəzifədən azad edir. İlk belə hal 1998-ci ildə Fransa mundialında qeydə alınıb. Həmin vaxt komanda Xenri Kasperçakla yollarını ayırmışdı. Onu son oyunda Ali Selmi əvəz etmişdi.

1998-ci il mundialı ümumilikdə turnir ərzində ən çox məşqçi dəyişikliyi ilə yadda qalıb. O dövrdə həmçinin Səudiyyə Ərəbistanı Karlos Alberto Parreyra, Cənubi Koreya isə Ça Bum-Kun ilə yollarını ayırmışdı.

DÇ tarixində ilk belə hadisə isə 1954-cü ildə Şotlandiya millisində Endi Bitti dövründə yaşanmışdı.

Beləliklə, Tunis milli komandasının qərarı nadir, lakin dünya çempionatları tarixində artıq əvvəllər də təkrarlanmış bir hadisə kimi qeydə alınıb.

İdman.Biz