Neymar özünü Ançelottinin köməkçisi kimi apardı - VİDEO

14 İyun 2026 16:04
110
Neymar özünü Ançelottinin köməkçisi kimi apardı - VİDEO

Braziliya milli komandasının zədəli hücumçusu Neymar DÇ-2026-nın Mərakeşlə oyununda maraqlı davranışı ilə diqqət mərkəzinə düşüb.

İdman.Biz “Guardian”a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu su fasiləsi zamanı özünü baş məşqçi Karlo Ançelottinin köməkçisi kimi aparıb.

Meydana çıxan Neymar komanda yoldaşlarına fəal şəkildə göstərişlər verməyə başlayıb. Təcrübəli hücumçu daha çox Vinisius Junior və Bruno Qimaraeslə danışıb.

Neymar söhbət zamanı Bruno Qimaraesi hətta formasından çəkərək ona meydandakı mövqeyi və hərəkətləri ilə bağlı məsləhətlər verib.

Qeyd edək ki, Braziliya - Mərakeş matçı 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz