Arda Güler hakim qərarlarına toxundu: “Matçın gedişini dəyişə bilərdi”

14 İyun 2026 15:09
104
Arda Güler hakim qərarlarına toxundu: “Matçın gedişini dəyişə bilərdi”

Türkiyə milli komandasının və İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Arda Güler DÇ-2026-nın ilk turunda Avstraliyaya 0:2 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, gənc futbolçu rəqibin üstünlüyünü qəbul etsə də, hakimin bəzi qərarlarından narazılığını ifadə edib.

“İlk növbədə, Avstraliyanı təbrik edirəm. Onlar imkanlarından istifadə etdilər, biz isə bunu bacarmadıq.

Amma açığı, bəzi qərarlarla barışmaq çətindir. Bir çoxumuzun əllə oyun səbəbindən qayda pozuntusunun qeydə alınmalı olduğunu düşündüyümüz epizodlar var idi, lakin matç davam etdirildi. Bunun məğlubiyyətimizin yeganə səbəbi olduğunu demirəm, amma belə məqamlar oyunun gedişini dəyişə bilər”, - deyə Gülər bildirib.

Yarımmüdafiəçi nəticəyə görə əsas məsuliyyətin komandanın üzərinə düşdüyünü də vurğulayıb:

“Hakim vəziyyəti fərqli gördü və razılaşmasaq belə, buna hörmət etməliyik. Sonda öz oyunumuza baxmalıyıq. Kifayət qədər qol imkanı yaratmadıq, müdafiədə yaxşı çıxış etmədik və Avstraliya bizi buna görə cəzalandırdı.

Azarkeşlərin məyus olmağa tam haqqı var. Biz də məyusuq. Bundan dərs çıxaracaq, daha güclü qayıdacaq və bu nəticənin turnirdəki taleyimizi müəyyənləşdirməsinə imkan verməyəcəyik”.

Qeyd edək ki, D qrupunun qarşılaşmasında Avstraliya millisinə qələbə qazandıran qolları Nestori İrankunda və Konnor Metkalf vurublar.

İdman.Biz