Almaniyanın “Bayern” futbol klubunun qapıçısı Manuel Noyer 2026-cı il dünya çempionatında milli komandanın əsas qolkiperi olacaq.
İdman.Biz xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann qapıçı mövqeyi ilə bağlı yekun qərarını verib. Təcrübəli qolkiper mundialın E qrupunda Kurasao ilə keçiriləcək ilk qarşılaşmaya start heyətində başlayacaq.
40 yaşlı Noyer 2024-cü il Avropa çempionatından sonra milli komandadakı karyerasını başa vurduğunu açıqlasa da, DÇ-2026 ərəfəsində qərarını dəyişərək yığmaya qayıdıb. Naqelsmann onu Oliver Baumandan üstün tutaraq Almaniyanın bir nömrəli qapıçısı seçib.
Dünya çempionatında beşinci dəfə iştirak edəcək Noyer Almaniya millisinin heyətində indiyədək 124 oyun keçirib. O, 2014-cü ildə dünya çempionu olub.
Qeyd edək ki, Almaniya - Kurasao qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
