Braziliya prezidenti DÇ-2026-dan əvvəl milliyə müraciət edib

13 İyun 2026 22:45
116
Braziliya prezidenti DÇ-2026-dan əvvəl milliyə müraciət edib

Braziliya Prezidenti Luis İnasio Lula da Silva 2026-cı il dünya çempionatında iştirak edən Braziliya millisinə ruhlandırıcı müraciət edib.

İdman.Biz bildirir ki, Braziliya iyunun 14-də Mərakeşlə qarşılaşacaq.

“Oyunçularımız hər matçda mübarizə aparmalı və Braziliya xalqını xatırlamalıdırlar. Ölkəmizin altıncı Dünya Kuboku tituluna ehtiyacı var. Braziliya milli komandası bu turnirdə yalnız qələbə üçün deyil, həm də kuboku qaldırmaq üçün iştirak edir.

Karlo Ançelotti, oyunçularımıza xatırlat ki, sənin zəngin təcrübən var və özün də əla oyunçu olmusan”, - deyə prezident sosial media səhifəsində paylaşdığı videoda bildirib.

Braziliya C qrupunda yer alır və burada Mərakeş, Şotlandiya və Haiti milli komandaları ilə qarşılaşacaq.

İdman.Biz