Son Hın Min məşqçisinin uğurunu təkrar edib

12 İyun 2026 21:34
93
Son Hın Min məşqçisinin uğurunu təkrar edib

Cənubi Koreyalı hücumçu və kapitan Son Hın Min 2026-cı il Dünya çempionatının A qrupunda Çexiyaya qarşı oyunda (2:1) oynayıb.

OptaJoe-nin X sosial media platformasındakı hesabına görə, o, ölkəsindən dörd Dünya çempionatında oynayan ikinci oyunçu olub.

Bunu ilk edən Cənubi Koreyanın hazırkı baş məşqçisi Hon Myon Bo olub.

Son 2010-cu ildən bəri Koreya millisində oynayır və 2014-cü ildə Braziliya, 2018-ci ildə Rusiya və 2022-ci ildə Qətərdə keçirilən Dünya çempionatlarında iştirak edib. Sonun 8 iyulda 34 yaşı tamam olacaq.

İdman.Biz