Ayaqyalın ritualdan qələbə qoluna: Hyon Gyunun maraqlı sirri - VİDEO

12 İyun 2026 15:26
94
Ayaqyalın ritualdan qələbə qoluna: Hyon Gyunun maraqlı sirri

Cənubi Koreya millisinin və Türkiyənin “Beşiktaş” komandasının hücumçusu O Hyon Gyunun qarşılaşmalardan əvvəl yerinə yetirdiyi maraqlı ritual üzə çıxıb.

İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu komandasının oynayacağı meydançaya ayaqyalın çıxaraq qazonda gəzir. Hücumçu bununla meydanın enerjisini hiss etdiyinə və qarşılaşmaya psixoloji cəhətdən daha yaxşı kökləndiyinə inanır.

O Hyon Gyu bu ritualı “Beşiktaş”ın oyunlarından əvvəl də yerinə yetirir. Cənubi koreyalı forvard Türkiyə Super Liqasında keçirdiyi 13 qarşılaşmada altı dəfə fərqlənib.

Hücumçu DÇ-2026-nın A qrupunda Çexiya ilə keçirilən matçda da komandasının qəhrəmanına çevrilib. Ehtiyat oyunçular skamyasından meydana daxil olan O Hyon Gyu 80-ci dəqiqədə qələbə qolunu vuraraq Cənubi Koreyanın 2:1 hesablı geri dönüşünü tamamlayıb.

Qeyd edək ki, hücumçu oyuna yüksək temperaturla çıxıb.

İdman.Biz