“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb.
İdman.Biz AZƏRTAC-a istinadla xəbər verir ki, 54 yaşlı mütəxəssis İspaniya millisinin mundialın qalibi ola biləcəyinə inandığını söyləyib.
O, DÇ-2026-da ispanlarla yanaşı, Türkiyə millisinə də azarkeşlik edəcəyini bildirib:
“Hər iki komandadan yaxşı nəticələr gözləyirəm”.
Türkiyə millisi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə qarşılaşacaq. İspaniya yığması isə H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla üz-üzə gələcək.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
