Rəşad Sadıqov: “Braziliya millisi çempionluğa əsas namizəddir”

12 İyun 2026 16:45
96
Rəşad Sadıqov: “Braziliya millisi çempionluğa əsas namizəddir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dünya çempionatındakı favoritini açıqlayıb.

43 yaşlı mütəxəssis AZƏRTAC-a bildirib ki, Braziliya millisini çempionluğa əsas namizəd hesab edir.

Rəşad Sadıqov mundialda Argentina yığmasına azarkeşlik edəcəyini də qeyd edib. Bununla yanaşı, o, Azərbaycanın yaxın münasibətlərə malik olduğu Türkiyə və Özbəkistan milli komandalarının da uğurlu çıxışını arzuladığını vurğulayıb.

Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

İdman.Biz