Zədə səbəbindən bir neçə həftə meydandan kənarda qalan İspaniya yığmasının hücumçusu Lamin Yamal məşqlərə qayıdıb və milli komandanın 2026-cı il Dünya çempionatındakı ilk oyununda iştirak edə biləcəyi gözlənilir.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabrizio Romano sosial media səhifəsində məlumat verib.
Yamalın oynamağa həvəsli olduğu və özünü əla hiss etdiyi bildirilir.
İspaniyanın turnirdəki ilk oyunu 15 iyunda Kabo-Verdeyə qarşı olacaq.
2026-cı il FİFA Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina hazırkı dünya çempionudur. 2022-ci il Dünya çempionatının finalında Argentina millisi Fransa ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatdı, lakin Argentina penaltilər seriyasında qalib gəlib (4:2).
