DÇ-2026: Heç kim uduzmayacaq - TƏFƏRRÜAT

11 İyun 2026 18:55
91
DÇ-2026: Heç kim uduzmayacaq - TƏFƏRRÜAT

Bu gün futbol üzrə dünya çempionatı start götürür.

İdman.Biz bildirir ki, açılış oyununda Meksika və CAR milliləri qarşılaşacaqlar.

Futbol üzrə Dünya Çempionatında iştirak edəcək hər bir komanda, hətta çempion olmadan belə, milyonlarla dollar qazanacaq.

Bu yaxınlarda FIFA turnirin mükafat fondunu açıqlayıb. Bu il ümumi mükafat fondu rekord həddə çataraq 655 milyon dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatında bu rəqəm 440 milyon dollar idi.

Dünya çempionu olan komanda 50 milyon dollar mükafat qazanacaq. Qrup mərhələsinə vəsiqə qazanaraq turnirdə iştirak edən hər bir yığma isə nəticəsindən asılı olmayaraq, minimum 10,5 milyon dollar əldə edəcək.

İdman.Biz