“IShowSpeed”in DÇ-2026 üçün yazdığı mahnı Şakiranın “Dai dai”ni kölgədə qoydu - VİDEO

2 İyun 2026 17:39
82
“IShowSpeed”in DÇ-2026 üçün yazdığı mahnı Şakiranın “Dai dai”ni kölgədə qoydu - VİDEO

Amerikalı strimer və musiqiçi “IShowSpeed” futbol üzrə 2026-cı il Dünya Çempionatı ilə bağlı yeni mahnı təqdim edib.

İdman.Biz xəbər verir ki, onun “World Cup” adlı treki qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Mahnı 2 iyun 2026-cı ildə yayımlanıb və ilk saatlardan futbol azarkeşlərinin müzakirə mövzusuna çevrilib. Klip “YouTube” platformasında 13 saat ərzində təxminən üç milyon baxış toplayıb. “IShowSpeed” FIFA-ya onun mahnısını rəsmi himn etməklə bağlı çağırış etdikdən sonra qurum əlaqə quracağını deyib və “X” platformasından DÇ2026-nın rəsmi himni və mahnısını paylaşıb.

Sosial şəbəkələrdə bəzi izləyicilər “IShowSpeed”in trekinin Şakira və Burna Boyun 2026-cı il Dünya Çempionatı üçün rəsmi mahnısı “Dai Dai”dən daha enerjili olduğunu yazıblar. “Dai Dai” FIFA tərəfindən turnirin rəsmi mahnısı kimi 15 may 2026-cı ildə təqdim olunub.

İdman.Biz