Amerika klubu “San Dieqo Veyv” rəsmi saytında hücumçu Katarina Makarionun transferini elan edib.
İdman.Biz xəbər verir ki, oyunçu Londonun “Çelsi” klubundan Amerika komandasına qoşularaq qadın futbolu tarixində ən böyük müqaviləni imzalayıb. Müqavilənin ümumi dəyəri 8 milyon dollar olub. Makarionun yeni klubu ilə müqaviləsi 2030-cu ilin sonuna qədərdir.
Katarina Makario Braziliyada anadan olub və Braziliya və Amerika klublarının yetirməsidir. O, “Lion” və “Çelsi” klublarında oynayıb. Makario həmçinin ABŞ milli komandasında da oynayır.
“San Dieqo Veyv” hazırda Milli Qadın Futbol Liqasında dördüncü yerdədir.
