“Lion” Qadınlar arasında Çempionlar Liqasının finalına yüksəlib

2 May 2026 19:55
165
“Lion” Qadınlar arasında Çempionlar Liqasının finalına yüksəlib

Qadınlar arasında Çempionlar Liqasının yarımfinalının “Lion” və Londonun “Arsenal” komandaları arasında keçirilən ikinci oyun başa çatıb. Oyun Liondakı “Groupama” stadionunda baş tutub. Ev sahibi komanda 3:1 hesabı ilə qalib gəlib.

Matçda hesabı Vendi Renar açıb. “Lion”un oyunçusu 21-ci dəqiqədə penaltidən qol vurub. 36-cı dəqiqədə hücumçu Kadidiatou Diani ev sahibi komandanın üstünlüyünü artırıb. İkinci hissədə, 76-cı dəqiqədə Alessia Russo “Arsenal”ın heyətində fərqlənib. Yarımmüdafiəçi Yule Brand 86-cı dəqiqədə qol vuraraq komandasının iki oyunluq qarşılaşmada qələbəsini təmin edib.

İlk oyunda “Arsenal” “Lion”u 2:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə, Fransa klubu Qadınlar arasında Çempionlar Liqasının finalına yüksəlib və burada “Barselona” – “Bavariya” matçının qalibi ilə qarşılaşacaq. İspaniya və Almaniya komandaları sabah, 3 mayda qarşılaşacaqlar.

İdman.Biz