Azərbaycan idmançısı 2 medal qazanıb - FOTO

Xəbərlər
10 Mart 2024 19:31
Azərbaycan idmançısı 2 medal qazanıb - FOTO

Azərbaycanda təşkil olunan Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub.

İdman.biz xəbər verir ki, turnirin son günündə üç yaş kateqoriyasında vertikal növ üzrə qaliblər bəlli olub.

Azərbaycan yığması yarışı 2 medalla başa vurub. Hər iki medalı Nəzrin Qəribova aktivinə yazdırıb. U-23 kateqoriyasında çıxış edən idmançımız sprint yürüşündə, gümüş, vertikal növdə isə üzrə bürünc medala yiyələnib.

Qeyd edək ki, turnirdə 11 ölkədən 60-dək idmançı mübarizə aparıb.

İdman.biz