Aleksandr Plyuşşenko Azərbaycan adından növbəti Qran-pridə çıxış edəcək

20 Sentyabr 2026 17:27
84
Aleksandr Plyuşşenko Azərbaycan adından növbəti Qran-pridə çıxış edəcək

Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşşenko Gürcüstanın Batumi şəhərində keçiriləcək yeniyetmələr arasında ISU Qran-prisinin növbəti mərhələsində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, 13 yaşlı idmançı atası və məşqçisi, ikiqat Olimpiya çempionu Yevgeni Plyuşşenko ilə birlikdə artıq Batumiyə yola düşüb.

Yevgeni Plyuşşenko bu barədə sosial şəbəkə hesabında bildirib.

Bu yarış Plyuşşenko üçün Azərbaycan millisinin heyətində ikinci beynəlxalq start olacaq. O, Ankarada keçirilən yeniyetmələr arasında Qran-pri mərhələsində 171,65 xal toplayaraq 33 iştirakçı arasında 13-cü yeri tutub.

Qeyd edək ki, Yevgeni Plyuşşenko bir gün əvvəl Türkiyədə arı sancmasından sonra xəstəxanaya yerləşdirilib, lakin buna baxmayaraq oğlu ilə səfərini davam etdirib. Batumidəki yeniyetmələr arasında ISU Qran-prisi 24–26 sentyabr tarixlərində keçiriləcək.

İdman.Biz