Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən Veronika Jilina Qazaxıstanın Almatı şəhərində keçirilən “Denis Ten Memorial” turnirində çıxış edib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.
İdmançı qısa və sərbəst proqramlar üzrə nümayiş etdirdiyi çıxışların yekununda ümumilikdə 125,68 xal toplayıb.
Bu nəticə ilə V.Jilina 19 idmançı arasında altıncı yeri tutub.

