Bu mövsümdən Azərbaycanı təmsil edən rusiyalı fiqurlu konkisürən Aleksandr Plyuşenko idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı mümkün variantlardan danışıb.
İdman.Biz “Sport-Ekspress”ə istinadən xəbər verir ki, 13 yaşlı idmançı Azərbaycanla yanaşı, Belarus adından çıxış etmək imkanının da nəzərdən keçirildiyini bildirib.
“Belarus variantı var idi. Başqa variantlar nəzərdən keçirilirdimi? Xeyr, yalnız Azərbaycan və Belarus”, - deyə Plyuşenko bildirib.
Xatırladaq ki, Aleksandr fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur. O, 2026/27 mövsümündən yarışlarda Azərbaycanı təmsil edir.
